LİMAK Çindən daşımalara başladı

LİMAK  Çindən daşımalara başladı
25 noyabr 2021
# 12:00

LİMAK VM MMC sürətli poçtdaşıma və kuryer şirkəti Çindən daşımalara başlayıb.

Kulis.az xəbər verir ki, şirkətin Çin Xalq Respublikasında da anbarı fəaliyyət göstərir.

Şirkətin “Limak.az” saytı vasitəsilə bu gündən etibarən Çin mağazalarından alış-veriş həyata keçirmək mümkündür.

Müştəri sifariş üçün “Limak.az” saytındakı hesabına daxil olub, “Xaricdəki ünvanlarım” bölməsindən təqdim olunan Çin ünvanını alış-veriş edəcəyi saytda qeyd etməlidir.

Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlamış LİMAK VM MMC-nin Bakı və Azərbaycanın bütün bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir.

Daha bir neçə ölkədə anbar xidməti olan LİMAK VM MMC 7/24 rejimdə fəaliyyət göstərir.

Şirkətin peşəkar müştəri xidmətləri *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı online xidmətləri ilə yüksək müştəri məmnuniyyətini təmin edir.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan olunmamış hər növ yükün xarici ölkələrdən Azərbaycana və ölkə daxilində qapıya çatdırılması ilə məşğul olur. Eyni zamanda İATA akkreditə olunmuş yük agenti olaraq, Azərbaycandan bütün növ yüklərin, həmçinin daşınması üçün xüsusi sertifikat tələb edən yüklərin İATA qarantiyası altında daşınmasını təmin edir.

LİMAK VM MMC müştərilərinə “shopping agent”, anbar, ünvanda təhvil vermə, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması, hava yolu karqo, radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini təklif edir.

# 2600 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər