LGBT-ni təbliğ edən kitablar mağazalardan yığışdırılacaq

LGBT-ni təbliğ edən kitablar mağazalardan yığışdırılacaq
19 noyabr 2022
# 12:00

Nəşriyyatlara LGBT-ni təbliğ edən kitabların yüzdə 50-yə qədərinin kitab mağazalarından yığışdırılacağı barədə xəbərdarlıq edilib.

Kulis.az xəbər verir ki, LGBT təbliğatını qadağan edən qanuna görə, belə kitablar Rusiya kitab bazarından çıxarılacaq. Bu barədə “RBC” məlumat yayıb.

“Eksmo-AST” nəşriyyat qrupunun prezidenti Oleq Novikov bildirib ki, qanunvericilik konsepsiyalarına uyğun olaraq yazıçı Viktor Pelevinin demək olar ki, bütün kitabları, bəstəkar Pyotr Çaykovskinin tərcümeyi-halı və digər belə məzmunlu kitablar müsadirə olunacaq.

Qeyd edək ki, oktyabrın 27-də Rusiya Dövlət Duması LGBT təbliğatını qadağan edən qanun layihəsini birinci oxunuşda yekdilliklə qəbul edib. Sənəddə cinsi dəyişikliyə çağıran məlumatların və pedofiliyanın təbliğatının qadağan edilməsi də nəzərdə tutulur. Qanun layihəsinin internetə, mediaya, kitablara, audiovizual xidmətlərə, filmlərə və reklamlara da təsir göstərəcəyi bildirilir.

# 4051 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər