Laçında animasiya filmləri nümayiş etdirildi

Laçında animasiya filmləri nümayiş etdirildi
26 avqust 2024
# 16:28

Laçın Şəhəri Günü tədbirləri çərçivəsində “Lacinema” kinoteatrında “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” (2 hissəli) və “Mənim balaca Şahzadəm” animasiya filmləri nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan “Oğurlanmış bahar” animasiya filmin quruluşçu rejissoru Aleksandra Şirinova, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Mansur Şəfiyevdir.

Animasiya filmində gül-çiçəkli Bahar qızı Div tərəfindən oğurlanır. Bunu görən Balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaçırlar. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.

“Tıq-tıq və dostları möcüzələr axtarışında” (2 hissəli) animasiya filminin 1-ci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balaca dostlarımıza orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir. Filmdə başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə balacalara çatdırılır.

2-ci hissədə isə Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıran filmin 2-ci hissəsində qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gəlir. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olur.

“Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəylidir. Filmin bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

“Mənim balaca Şahzadəm” animasiya filmində gənc rəssam Məryəm Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssamın Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının 3D animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər