Klaypeda şəhərində azərbaycanlı rəssamın sərgisi təşkil edildi

Klaypeda şəhərində azərbaycanlı rəssamın sərgisi təşkil edildi
13 dekabr 2023
# 10:20

Litvanın Klaypeda şəhərindəki konsert salonunda Azərbaycan Mədəniyyət Günü çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun fərdi rəsm sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, “Azeris” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ukrayna, latış, yəhudi, alman, tatar, belarus icmalarının nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçılarını “Azeris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədov salamlayıb.

Azərbaycanın zəngin mədəniyyəti barədə qonaqlara məlumat verildikdən sonra Rövşən Nur öz yaradıcılığından və təqdim etdiyi əsərlərdən danışıb.

Litva Seyminin deputati Ligita Girskiene və başqaları sərginin keçirilməsi münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan icmasının Klaypedadakı fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirin gedişində Rövşən Nur ənənəsinə sadiq qalaraq yeni rəsm əsəri çəkib və “Azeris” təşkilatına hədiyyə edib.

Tədbirin bədii hissəsində Azərbaycan icmasının üzvü Rafael Rəsulov (tar), Azərbaycan həftəsonu məktəbinin məzunu Andrey Vostryakov (saksafon), Məhəmməd və Mahmud Məmmədovlar (skripka) və “Meliha” rəqs studiyasının solistlərinin ifasında konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində milli geyimlərin nümayiş olunduğu guşədə qonaqlar üçün fotozona təşkil edilib.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər