"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi
4 oktyabr 2024
# 19:00

"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi - "İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitabda klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlər yer alıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba rəy yazıb. Rəydə bildirib ki, "İrəvan gündəliyi" müstəqillik dövrü epoxasının "İrəvannaməsi"dir. Layihənin eksperti, AMEA-nın müxbir üzvü, Tehran Əlişanoğlu kitab barədə yazdığı "Ədəbiyyatda İrəvan konsepti" məqaləsində nəşrin gələcəkdə zənginləşdirilməsi, yeni mətnlərlə möhkəmləndirilməsi və bu istiqamətdə yeni tədqiqatların meydana çıxması zərurətini vurğulayıb. Kitabı hazırlayan, layihə rəhbəri yazıçı Məqsəd Nur "İrəvan gündəliyi"nin əcnəbi mütəxəssilər üçün də əlçatan olacağına, daha dərin elmi, mədəni araşdlrmalara təkan verəcəyinə inandığını söyləyib.
Çıxış edənlər bildiriblər ki, "İrəvan gündəliyi" layihəsində ilk dəfə olaraq ədəbiyyatda İrəvan konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər üzrə işıqlandırılıb.

Kitab həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qayıdış konsepsiyası"na çağırışın ruhuna uyğunlaşdırılaraq hazırlanıb.

"İrəvan gündəliyi"nin tərtibatında istifadə edilmiş bütün rəsm əsərlərinin və qrafik elementlərin müəllifi isə XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidir.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyə yardımı ilə hazırlanıb.

# 2583 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər