Heydər Əliyev Fondu Nəvvaba həsr olunan kitab və sərgi təqdim edir

Heydər Əliyev Fondu Nəvvaba həsr olunan kitab və sərgi təqdim edir
17 may 2023
# 13:35

Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvabın (1833-1918) bu il anadan olmasının 190 ili tamam olur.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu günlərdə Şuşada əsaslı bərpa işlərindən sonra açılan Yuxarı Gövhərağa məscidinin ərazisindəki mədrəsə binasında Heydər Əliyev Fondu tərəfindən təqdim olunan “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi, “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı nəşr və Nəvvabın Şuşa işğal altında olduğu illərdə ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsinin bərpası Azərbaycan mədəni irsinin və tarixinin yaşadılmasına növbəti töhfə oldu.

Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi bir vaxtlar onun minarəsinin ornamentlərini işlədiyi Yuxarı Gövhərağa məscidi ərazisindəki mədrəsə binasında təqdim edilir. Sərgidə Nəvvabın Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Ekspozisiyada astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də təqdim olunur.

Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə ilk dəfə olaraq “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab nəşr edilib. Kitabda Nəvvabın tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Kitab Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilib.

# 1805 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər