Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi
25 noyabr 2024
# 09:38

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutub.

Kulis.az xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev bəstəkarın "Güllü", "Qurban olduğum", "Yaşa könül", "Arzuya bax, sevgilim", "Gözüm düşdü", "Gözünə qurban", "Niyə döndü", "Aldatmayaq bir-birimizi" və başqa mahnılarını ifa ediblər.

Hacı Xanməmmədova həsr olunmuş konsert proqramı Respublika və beynəlxalq müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında "Tar və orkestr üçün 3 saylı konsert I hissə" ilə yadda qalıb.

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər