Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirdi

Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirdi
26 sentyabr 2022
# 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa Respublikasına işgüzar səfəri çərçivəsində orada yaşayan tatar icmasının rəhbəri, Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə həmçinin Azərbaycanın, Türkiyənin, Macarıstanın Polşadakı səfirləri və Qazaxıstanın Polşadakı səfir müavini, eləcə də tatar icmasının nümayəndələri iştirak edib.

Görüşdə XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların çoxəsrlik tarixi və mədəni irsinin öyrənilməsi və qorunması yönündə müzakirələr aparılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Avropa ərazisində, o cümlədən Litvada və Polşada yaşayan tatar və karaimlərin mədəniyyətinin mühafizəsinin Fondun maraq dairəsində olduğundan söz açaraq, təşkilat tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.

Polşanın Baş müftisi Tomasz Miskievicz, ötən il Fondun prezidenti ilə keçirilən görüşləri, eləcə də tatarların sıx məskunlaşdığı Belostok şəhəri və Sokoliki bölgəsinə edilən birgə ziyarətləri xatırladaraq, təşkilatın türk xalqlarının qədim mədəni dəyərlərin təbliği və təşviqi yönündəki fəaliyyətini yüksək qiymətləndirib. Tomasz Miskievicz, tatarların ölkədəki dini və sosial həyatları haqqında danışaraq, onlara məxsus olan maddi və mənəvi abidələrin mühafizəsi və təbliği barədə məlumat verib.

Aparılan müzakirələrdə Avropa məkanında Türk mədəniyyətinin təbliği ilə bağlı birgə əməkdaşlığın vacibliyi qeyd olunub.

Həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa səfəri çərçivəsində Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran ilə görüşüb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarının çoxəsrlik mədəni-irsinin təbliği yönündə təşkilatın müxtəlif təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. O, Fond ilə Polşanın, eləcə də Avropanın ən qədim və böyük Universitetlərindən biri olan Frederik Şopen adına Varşava Musiqi Universiteti arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran, Türk Dünyasının maddi-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib. Rektor Avropa və Türk dünyasının musiqisinin zənginliyindən söz açaraq, Universitetin Fond ilə əməkdaşlığı məmnuniyyətlə qarşıladığını nəzərə çatdırıb.

Görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər