Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anıldı

Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anıldı
19 dekabr 2024
# 18:42

Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə görkəmli kinorejissor Kamil Rüstəmbəyovun anadan olmasının 100 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, Film Fondunda keçirilən tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi açılıb.

Tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Kamil Rüstəmbəyovun şəxsiyyəti, yaradıcılığı haqqında məşhur kino və televiziya xadimlərinin vaxtilə səsləndirdikləri fikirlərini bir daha iştirakçıların diqqətinə çatdırıb.

Sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Xalq artistləri Əbdül Mahmudov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Oqtay Babazadə və Əməkdar artist Əliqulu Səmədov tanınmış rejissor haqqında fikirlərini bölüşüblər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx və rejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.

# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər