Gətirib borclarını ödəsinlər – Gülşad Baxşıyevadan sərt açıqlama

Gülşad Baxşıyeva

Gülşad Baxşıyeva

7 yanvar 2022
# 14:00

“Bunu böyütməyə ehtiyac yoxdur, heç bir şey olmayıb. Tələbənin borcu var, gətirsin ödəsin”.

Bu sözləri Kulis.az-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyeva söyləyib.

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları bir kağıza yazılaraq, təhsil ocağının divarlarından asılıb. Bu məsələyə münasibət bildirən G.Baxşıyeva daha sonra bunları əlavə edib.

Mən xəstələnmişdim, təzyiqim qalxmışdı. Bir də gördüm bütün kanallar zəng edirlər ki, Gülşad xanım bu mövzuda fikir bildirin. Mən də dedim ki, vəziyyətim yaxşı deyil, ölürəm bir dənə tabutum çatışmır. Daha sonra danışaram. Onlar da götürüb mənim dilimdən yazdılar. Xəbəri görəndə bütün dost-tanış, qohum əqrəba şok keçirdik. Ona görə də mən sizə heç nə danışmaq istəmirəm.

Bunu böyütməyə ehtiyac yoxdur. Heç bir şey olmayıb. Tələbənin borcu var, gətirsin ödəsin. Qurtardı, getdi. Bu universitet daxilində baş verən şeydir. Açığı mən iki gündür işə çıxıram. Bu söhbətlərdən xəbərim yoxdur. Mən görməmişəm belə bir şey. Sizin fikirlərinizə əsasən deyirəm.

Burda nə var ki? Tələbə ödənişini ödəməlidir. Bir ay möhlət verərsən, iki ay verərsən, üç ay verərsən, lap bir il. Mən sizə sual verirəm. Belə şey olar ki, tələbə ödənişini ödəməsin? Neynəməlidir? Valideyninə də deyirik, kursun rəhbərinə də deyirik. Gətirib ödəmirlər Sərt şəkildə bizə qarşı çıxırlar ki, “ödəyərəm də!” Belə yanaşma düzgün deyil. Vaxtında pulunu ödəsəydilər, belə şeylər də olmazdı. Vəssalam.

# 11428 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər