Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”
13 noyabr 2026
# 16:26

"Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun, çünki maliyyə məsələsi üzə çıxanda Mədəniyyət Nazirliyinin edəcəyi bir şey olmur".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

“Çünki onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə yalnız hansısa toyda oxuyan müğənni və ya şou-biznes nümayəndəsi canlanır”, - Xalq artisti əlavə edib.

Fərhad Bədəlbəyli balet artistlərinin pensiyaya çıxması ilə bağlı problem olduğunu da deyib:

“55 yaşında insan balet oynaya bilərmi? Belə elementar problemlər, təəəssüf ki, bu gün də həllini tapmayıb”.

# 548 dəfə oxunub

Oxşar xəbərlər

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Fəlakət - Nazim Hüseynlinin povesti

Fəlakət - Nazim Hüseynlinin povesti

15:38 24 noyabr 2026
Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

15:23 24 noyabr 2026
“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

15:14 24 noyabr 2026
Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

15:00 24 noyabr 2026
Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

14:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər