Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
14 may 2026
# 10:22

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi və "Arxeo" klubunun təşkilatçılığı ilə Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, tarix elmləri namizədi, arxeoloq Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, “Muzeydə bir arxeoloqun mirası” adlı tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə açaraq Fazil Osmanovun həyat və elmi fəaliyyəti, eləcə də muzeyin arxeoloji kolleksiyasının zənginləşdirilməsində göstərdiyi mühüm xidmətlər haqqında məruzə ilə çıxış edib.

Çıxış zamanı sözügedən alimin Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verdiyi zəngin arxeoloji materialların elmi və ekspozisiya əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev çıxış edərək, alimin Şirvan arxeoloji məktəbinin formalaşmasındakı rolundan və onunla bağlı xatirələrindən bəhs edib.

Tədbirdə həmçinin “Miras” İctimai Birliyinin sədri, t.ü.f.d., dosent Fariz Xəlilli Fazil Osmanovun elmi irsinin ictimai əhəmiyyətindən danışıb, Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d., dosent Aygün Məmmədova isə “Muzeydə qorunan mühüm numizmatik tapıntı: Nüydi sikkə dəfinəsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin xatirə hissəsində Fazil Osmanovun oğlu Lətif Osmanov alimin şəxsi keyfiyyətləri və elmi fəaliyyəti ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb.

Daha sonra Fazil Osmanovun keçmiş tələbəsi, hazırda Muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Ləman Məmmədova söz alaraq, müəllimi haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

Tədbirin sonunda Fazil Osmanovun Azərbaycan arxeologiya elminin inkişafında, xüsusilə Qafqaz Albaniyasının və Şirvan bölgəsinin antik dövr abidələrinin tədqiqində göstərdiyi xidmətlərin elmi əhəmiyyəti bir daha qeyd olunub, onun zəngin irsinin gələcək nəsillər üçün mühüm elmi mənbə olduğu vurğulanıb.

# 670 dəfə oxunub

Oxşar xəbərlər

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

11:05 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər