"Evdə tək" filmi ekranlara qayıdacaq - Təfərrüatlar

"Evdə tək" filmi ekranlara qayıdacaq - Təfərrüatlar
23 noyabr 2026
# 10:21

Məşhur "Evdə tək" filminin davamı çəkiləcək.

Kulis.az xəbər verir ki, ekran işində orijinal filmin ulduzu Makoley Kalkinin yenidən baş rola qayıtması gözlənilir.

Bildirilib ki, yeni filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır.

Onlar layihənin həm ssenari müəllifi, həm də prodüseri olacaqlar.

Məlumata görə, aktyorun canlandırdığı Kevin Makkalister obrazı bu dəfə böyümüş və ata olmuş şəxs kimi tamaşaçıların qarşısına çıxa bilər.

Belə ki, Kevin övladını böyüdən, işinə çox vaxt ayırdığı üçün onunla münasibətlərində problemlər yaşayan ata olacaq.

Hadisələrin gedişində Kevin öz evindən kənarda qalacaq, oğlu isə atasının içəri daxil olmasına mane olmaq üçün müxtəlif tələlər quracaq.

Beləliklə, orijinal filmdəki hadisələrin əksinə, bu dəfə tələlərə düşən tərəf Kevin olacaq.

Filmin çəkiliş tarixi, rejissoru və digər aktyor heyəti barədə məlumat açıqlanmayıb.

Makoley Kalkin 1990-cı ildə ekranlara çıxan "Evdə tək" filmində Kevin Makkalister obrazı ilə məşhurluq qazanıb.

Aktyor 1992-ci ildə çəkilən "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmində də eyni rolu canlandırıb.

# 261 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər