"Deyirlər, Şuşanı görüb gözlərin" - Günün şeiri

"Deyirlər, Şuşanı görüb gözlərin" - Günün şeiri
30 avqust 2023
# 14:00

Bu gün tanınmış şair və publisist Şahmar Əkbərzadənin anım günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsi çərçivəsində onun "Ay Kərim" şeirini təqdim edir.

Deyirlər, Şuşanı görüb gözlərin,
Əyil, gözlərindən öpüm, ay Kərim!
Ordan toz götürüb ayağın yəqin,
Qoy onu gözümə səpim, ay Kərim!

Xəbər ver o əsir “Mirzə Həsən”dən,
Nə deyir çatlayan o gorlar bizə?
Bir söz yolladımı Xocalı səndən,
Qeyrətdən dəm vuran qeyrətimizə?

Gözünə dəyəndə yetim Xanbağı
Gözündə ildırım çaxdımı, qardaş?
Topxana, Dovtələb, Bağrıqan dağı
Sənə qanlı-qanlı baxdımı, qardaş?

Baxdımı yamaclar, yollar üzünə,
Sallaq salladımı o dağlar sənə?
Baş çəkə bidinmi Cıdır düzünə,
İcazə verdimi yağılar sənə?

Qatdınmı ahını, yanıq naləni,
Şuşanın mehinə, küləklərinə?
Barı heç olmasa, Çanaqqalanı
Köçürə bildinmi bəbəklərinə?

Səndən göz kirəsi istəmirəm mən,
Əlac et, qaranlıq çökür gözümə.
Götür, gözlərimi çıxart yerindən,
Orda gördüyünü köçür gözümə.

Deyirlər, Şuşanı görüb gözlərin,
Əyil, gözlərindən öpüm, ay Kərim!
Ordan toz götürüb ayağın yəqin,
Qoy onu gözümə səpim, ay Kərim!

# 2938 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər