Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi
13 noyabr 2026
# 13:32

Bu gün ayrılan milyonlarla manat vəsaitin nəticəsində cəmiyyətdə haqlı etirazlara səbəb olan, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, bu sahədə ciddi nəzarət boşluğu var.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O bildirib ki, ayrılan vəsait daha səmərəli və məqsədyönlü xərclənməlidir.

Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyinin və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, birgə həll yolları axtarılsın: "Eyni zamanda, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilməsi təklif olunub".

O, həmçinin dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakını təmin etmək, məzmun keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə ekspertiza komissiyasının yaradılmasını təklif edib.

Deputat qeyd edib ki, parlamentdən gözlənilən təkcə büdcəni rəqəmlər əsasında təsdiqləmək deyil, həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqların təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir.

# 438 dəfə oxunub

Oxşar xəbərlər

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

15:23 24 noyabr 2026
“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

15:14 24 noyabr 2026
Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

15:00 24 noyabr 2026
Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

14:46 24 noyabr 2026
Cennifer Lopezin konserti  televiziyada təqdim olunacaq

Cennifer Lopezin konserti televiziyada təqdim olunacaq

14:12 24 noyabr 2026
Qaçaq yolla aparılmış 100 tarixi əsər ABŞ-dən Türkiyəyə qaytarıldı

Qaçaq yolla aparılmış 100 tarixi əsər ABŞ-dən Türkiyəyə qaytarıldı

13:41 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər