Bundan sonra kişi mənəm - Vüqar yazır...

Vüqar Babazadə. Yazıçı

Vüqar Babazadə. Yazıçı

16 noyabr 2021
# 13:20

Kulis.az Vüqar Babazadənin "Külək haqqında elegiya" adlı yazısını təqdim edir.

Bana esmeyi anlat,
Bana sevmeyi anlat...

Barış Akarsu

Mənim rəhmətlik nənəmin başı küləkli vaxtlarda həmişə bərk ağrıyardı. Onun başı bərk ağrıyanda, hər şeyə söyürdü. Hətta küləyə belə qarğış edirdi. Mən təbiət hadisələrinə qarğış etməyi nənəmdən öyrənmişəm.

Güclü küləklərdə həmişə çəpərimizin şpalları yerindən çıxar və nənəm hər dəfə deyinə-deyinə gedib çəpəri düzəldərdi. Bunun bir yaxşı tərəfi var idi ki, hər dəfə uçmuş çəpəri yenidən düzəldərkən bir-iki addım qabağa qoyardı. Beləliklə, həyətimiz hər güclü küləkdə günü-gündən genişlənərdi.

Külək demək azadlıq deməkdir. Külək demək olduğun yerə bağlı qalmaq deməkdir. Tərk edə bilmək gücüdür. Gedə bilmək bacarığıdır. Külək heç yerə bağlı deyildir.

Küləyi gah fit çalan ərköyün uşağa, gah da dünyanın ruhuna bənzədirəm. Bəzən o vıyıldayanda elə bilirəm ki, qoca bir kişi dərindən ah çəkir.

Tanrım, mən bir küləyəm. Sənə ən yaxşı halımla gəlirəm. Düşünmürəm, düşünsəm də xatırlamıram indi.

Tanrım, bilirsənmi, nifrət qoxurlar. Bir-birinə pis-pis baxıb, sonra gülürlər.

Zaman azalır. Küləklər dayansın daha və biz bir yaz səhərinə oyanaq.

Ətrafınıza bir göz gəzdirin! Həqiqi həyat dediyimiz şeyin nə olduğunu, harada olduğunu bilmirik belə! Kitablarımızı, xəyallarımızı əlimizdən alsalar, eləcə ortada lüt-üryan qalacağıq!

Bundan beş il əvvəl dalğalı bir dənizin tam kənarında, üzümü kəsən küləyə qarşı bir qərar verdim. Bundan sonra evimizdə kişi mən olacağam.

Darasın külək saçlarını, ətir qoxar bu şəhər sənin kimi,

Sən sadəcə mənimsən...


# 4093 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər