Brüsseldə Azərbaycanın multikultural irsinə həsr olunmuş fotosərgi açılacaq

Brüsseldə Azərbaycanın multikultural irsinə həsr olunmuş fotosərgi açılacaq
16 aprel 2026
# 14:01

Aprelin 23-də Brüsseldə Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan mədəniyyət tədbiri keçiriləcək. Tədbirdə Azərbaycan fotoqrafı Etibar Cəfərovun “Azərbaycanın rəngləri - multikulturalizm məkanı” adlı müəllif fotosərgisi təqdim ediləcək.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycanın zəngin mədəni irsinə həsr olunub və fotoqrafiyanın bədii dili ilə ölkənin etnik və dini müxtəlifliyini əks etdirir. Ziyarətçilər Odlar Yurdunun adət-ənənələrini, həyat tərzini və mədəni müxtəlifliyini təcəssüm etdirən əsərlərlə tanış olacaqlar.

Təşkilatçılar qeyd edirlər ki, sərgi mədəni dialoqu gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Tədbirin həm yerli auditoriyanı, həm də diplomatik korpusun və yaradıcı ictimaiyyətin nümayəndələrini cəlb edəcəyi gözlənilir.

Bu əsərlər əvvəllər Finlandiya və İspaniyada (Barselona) təqdim olunub.

# 997 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər