Beynəlxalq səyyahlar Azıx mağarasında olublar

Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
8 oktyabr 2026
# 12:17

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərliyi ilə beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xocavənd rayonuna gəliblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan 40-dək səyyah Xocavənd rayonunda yerləşən Azıx mağarasında olublar.

Səyyahlara mağaranın tarixi və arxeoloji əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağaralarından və Avrasiyanın ən qədim insan məskənlərindən biridir.

Qeyd olunub ki, Azıx mağarası 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına daxil edilib.

Səyyahlara işğal dövründə mağarada aparılan arxeoloji tədqiqatlar barədə də məlumat verilib. Bildirilib ki, 2002-ci ildən etibarən mağarada Azərbaycanın razılığı olmadan Ermənistan arxeoloqları və xarici tədqiqatçıların iştirakı ilə qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana aparılıb.

Səyyahlar buradan Şuşa şəhərinə yola düşüblər. Onların gün ərzində Ağdam şəhərinə də səfər etmələri planlaşdırılır.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

11:20 8 oktyabr 2026
"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər