“Belə demişdi Vaqif Səmədoğlu” kitabının təqdimatı olub

“Belə demişdi Vaqif Səmədoğlu” kitabının təqdimatı olub
29 yanvar 2025
# 09:16

Bu gün Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Vaqif Səmədoğlu anılıb.

Kulis.az xəbər verir ki, anım tədbirində Xalq şairinin “Belə demişdi Vaqif Səmədoğlu” adlı fotolardan və aforizmlərdən ibarət kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən Yazılar Birliyinin katibi Səlim Babullaoğlu Vaqif Səmədoğlunun həyatı, yaradıcılıq yolu barədə məlumat verib. O qeyd edib ki, tədbir Vaqif Səmədoğlu Mərkəzi ilə bərabər həyata keçirilib.

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova isə iştirakçılara təşəkkür edib və “Belə demişdi Vaqif Səmədoğlu” kitabının ərsəyə gəlməsi barədə danışıb.

Daha sonra digər iştirakçılar Vaqif Səmədoğlu barədə xatirələrini bölüşüb.

Qeyd edək ki, bu gün Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 10 il ötür.

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər