Bakı Dövlət Universitetində beynəlxalq konfrans başladı

Bir millət 6 dövlət - Ortaq media konfransı

Bir millət 6 dövlət - Ortaq media konfransı

18 noyabr 2021
# 16:10

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika elmi-tədqiqat laboratoriyası İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə “Bir millət 6 dövlət - Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq konfransı öz işinə başlayıb.

Kulis.az xəbər verir ki, elmi konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri Allahverdi Məmmədli açıb. Konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümünün qeyd edildiyi günlərdə öz işinə başladığını vurğulayan A.Məmmədli Türk Dövlətləri Təşkilatının İstanbulda VIII Zirvə görüşündən söz açıb. Bildirib ki, XXI əsrin 20-ci illəri türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünyaya inteqrasiyası, günü-gündən möhkəmlənən mövqeyi ilə xarakterizə olunur.

A.Məmmədli 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyindən, düşmənin döyüş meydanında məğlubiyyətindən danışıb, media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından bəhs edib. İnformasiya cəbhəsində döyüşün davam etdiyini bildirən A.Məmmədli əlavə edib ki, bu gün tək kökə, eyni dilə, oxşar mədəniyyətə malik türk dövlətlərinin media sahəsində əməkdaşlığına, birgə media platformasının yaradılmasına çox böyük ehtiyac var.

Konfransda Jurnalistika fakültənin professorları - Cahangir Məmmədli, Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin İctimaiyyətlə əlaqələr və tanıtım fakültəsinin professoru Himmet Karadal, Qlobal Jurnalistika Konseyinin sədri Mehmet Ali Dim, SODIMER təşkilatının sədri Levent Eraslan, “Yazar” qəzetinin baş redaktoru Servet Avşar, Dünya Kommunikasiya Cəmiyyətinin sədri Şemsettin Kuzeci, Jandarma və Sahil Mühafizə Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun müdiri Tekin Avaner çıxış ediblər.

Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Rumıniya, Qırğızıstan, Qazaxıstandan 200-ə yaxın məqalə təqdim edilib. Konfrans bu gün də davam edəcək.

# 3194 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər