ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi
19 noyabr 2025
# 16:37

Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasındakı partlayışla bağlı məhkəmə araşdırması başa çatıb.

Kulis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub. Hökmə əsasən, Tağı İbrahimov və Toğrul Rzayev ayrı-ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə zərərçəkmişlərin çoxu ilə barışıq əldə edilməsi nəzərə alınıb.

Qeyd edək ki, cinayət işi ilə bağlı ASC-nin faktiki sahibi Tağı İbrahimov və oranın inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev mühakimə edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmağa, Tağı İbrahimov isə ayrıca xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmağa görə təqsirləndirilib.

T.İbrahimov əvvəllər ATV kanalının prezidenti olub. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da qardaşıdır.

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər