ARKİ bir qrup kino xadimini mükafatlandırdı

ARKİ bir qrup kino xadimini mükafatlandırdı
27 iyul 2023
# 17:30

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə kino xadimlərini mükafatlandırıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Milli Kino Mükafatı”na bu il kinomuza verdikləri töhfələrə görə, eyni zamanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə İttifaqın təsisçiləri və idarə heyətinin yekdil qərarına əsasən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi kinoşünas, kinorejissor Ayaz Salayev layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan Xalq artistləri Oqtay Mirqasım (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60), Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov (70), aktyor Nadir Əzməmmədov (70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə ARKİ-nin ömrünü kinoya həsr etmiş 11 nəfər veteran üzvləri pul və digər mükafatlara layiq görülüblər.

# 2411 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər