Afaq Bəşirqızı: “Bu, şərəfsizlikdir!”

Afaq Bəşirqızı:  “Bu, şərəfsizlikdir!”
22 avqust 2023
# 16:24

“Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər! Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərə münasibət bildirərkən deyib.

O, aidiyyəti orqanlara səslənib:

“Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.

Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”. Atılan addımların hamısı işsizlikdən, bikarlıqdan irəli gəlir”.

Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:

“Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm! Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o heç bir yanlış iş görməyib!

Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb. İndi A.İslamzadəyə Prezident “Şöhrət” ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, “guya sən heç bir ad almayacaqdın, sən də eynisən”.

Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzuda tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır! 44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsun”.

Globalinfo.az

# 3796 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər