Ustad aşığın ifalarından ibarət disk buraxıldı

Ustad aşığın ifalarından ibarət disk buraxıldı
4 fevral 2021
# 16:14

Son zamanlar fəaliyyətində ustad aşıqların yaradıcılığına, onların ifalarının lentə alınaraq daha geniş miqyasda yayılmasına və gənc sənətkarlar arasında təbliğinə böyük yer verən Azərbaycan Aşıqlar Birliyi tərəfindən növbəti audiodisk buraxılıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu audiodiskdə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbərov Cəfərovun 30 ifası yer alıb. Diskin buraxılmasında əsas məqsəd ustadın irsinin qorunması olmaqla yanaşı, həm də aşıq sənətinin tədrisi ilə məşğul olan təhsil müəssisələrinə, sənətə gəlmək istəyən gənclərə və yeniyetmələrə kömək etməkdir ki, onlar özlərindən əvvəlki ustadların ifa tərzləri ilə daha yaxından tanış ola bilsinlər.

Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərov 1934-cü ildə anadan olub, 1990-cı ildə dünyasını dəyişib.

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər