Səyyad Aranın romanı Türkiyədə çap olundu

Səyyad Aranın romanı Türkiyədə çap olundu
26 oktyabr 2020
# 18:15

Tanınmış yazıçı-publisist Səyyad Aranın “Məzar daşı” romanı Türkiyədə çap olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi üzrə seçmə ədəbi nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. Layihə üzrə tanınmış yazıçı-publisist Səyyad Aranın “Məzar daşı” romanı Türkiyə türkcəsində işıq üzü görüb.

Ötən əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi qətliamların canlı şahidi olan yazıçı öz yaşadıqlarını və zülmə məruz qalmış bir ailənin həyatını romana çevirib.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə uyğunlaşdırdığı əsər qardaş ölkənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Qeyd edək ki, şanlı Ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizəyə dəstək məqsədilə İstanbul Azərbaycan Kültür Dərnəyi “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə oktyabrın 31-də saat 13:00-da İstanbul şəhərinin Kadıköy İskele meydanında tədbir keçirəcək. Tədbir çərçivəsində ərazidə qurulacaq stenddə Səyyad Aranın “Məzar daşı” kitabının və Qarabağ həqiqətləri ilə bağlı bukletlərin ziyarətçilərə paylanılması nəzərdə tutulub.

Gallery

# 3429 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər