Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”

Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
20 noyabr 2019
# 09:56

Şəhriyar del Gerani müğənnilər Fərqanə Qasımova və Sevda Ələkbərzadə haqqında sərt tənqidi fikirlər səsləndirib. Kulis.az həmin fikirləri təqdim edir.

“Sabahın bu çağında Fərqanə Qasımovanın ifasında Nəsiminin başıbəlalı "Sığmazam" qəzəlini dinlədim. Dinləməz olaydım. Tamamilə naşılıq, biabırçı dərəcədə piyadalıq tökülür ifadan. Xanım açıq-aydın nə oxuduğunu bilmir. Nəinki beytləri, hətta sözləri də qarışdırıb. Ümumiyyətlə, bizim ifaçıların əksəriyyəti belədir. Mətnə nabələdlikdən də pis şey yoxdur ifaçılıqda. Mətni duymaq bir yana, bunlar heç sətri mənada başa düşmürlər nə oxuduqlarını.

O gün də Sevda Ələkbərzadənin bir mahnısı çıxdı qabağıma, dinlədim və beləcə utandım. Düzü, yazığım da gəlir. Baxırsan, gözəl xanımlardı, istedadları da var, mədəniyyətləri də, di gəl, savadsızlıqdan son dərəcə əzab çəkirlər. Təklif edirəm ifaçı dostlarımız ədəbiyyat oxusunlar, heç olmasa, ifa etdikləri mətni öyrənsinlər. Kifayət qədər usta ədəbiyyatşünaslar var ölkədə. Kimdən kömək istəsələr, inanıram, təmənnasız öyrədərlər. Beləliklə də, sanballı, səbatlı bir iş qoymuş olarlar musiqi tarixinə. Yoxsa, belə olmur. Olur e, ayıb olur, biabırçı olur, ucuz olur, çiy olur, sıradan olur, zay olur, lap elə, əttökən olur.

Yazıqsınız, heyifsiniz, zəhmətinizi belə israf etməyin. Öncə kitab oxuyun, mətn oxuyun, bədii zövqünüzü formalaşdırın, şeiri-qəzəli öyrənin, daha sonra mahnı oxuyun, muğam oxuyun, lap istəsəniz, dua oxuyun. Amma oxuduğunuz mətnə o qədər bələd olun ki, inanasınız. Hə, bax, onda qəbul olacaq dualarınız...”

# 17075 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər