Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…

Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
16 iyun 2021
# 10:05

“Nizami Gəncəvi İli" münasibətilə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, mərkəzin üzvü, publisist Bojidar Proroçiç, tənqidçi Diyana Tiganyin həmmüəllifliyi ilə “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub.

Kitabda Azərbaycanın ədəbi nümayəndələri – Anar Rzayev, Çingiz Abdullayev, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi, Müşfiq Xan, Nürəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal Qarahanlı, Rəşad Məcid, Qulu Ağsəs, Səlim Babullaoğlu, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət Rüstəmov, Fərid Hüseyn, Şəhriyar Del Geraninin əsərləri və şerləri Monteneqro dilində dərc edilib.

Kitab Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi, Çetinye şəhər bələdiyyəsi, Monteneqro Mədəniyyət Forumunun və Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib. /azertag.az/

# 3916 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər