“21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açıldı

“21 Fevral – Beynəlxalq Ana Dili Günü”  adlı sərgilər açıldı
20 fevral 2026
# 13:00

Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Ümummilli Lider Heydər Əliyevin mübarizəsindən, Prezident İlham Əliyevin dil siyasəti, Azərbaycan dili tarixi, dilçilik məsələləri, həmçinin dilin tədrisi ilə bağlı tədqiqatlar, dövrü mətbuatda çap olunan məqalələr yer alıb.

Virtual sərgi ilə linki vasitəsilə tanış olmaq mümkündür.

Ənənəvi sərgidə Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi, ana dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, dil haqqında aforizmlər, dilin tədqiqi, tarixi, tədrisi məsələləri, dünya dilləri haqqında tədqiqatlar, xarici dillərdə lüğətlər nümayiş olunub.

Həmçinin mövzu ilə bağlı Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, monoqrafiyalar, dərsliklər, elmi əsərlər toplusu sərgilənib.

# 944 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər