“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olundu

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olundu
15 sentyabr 2020
# 14:19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2020-ci ildə birinci sayı nəşr olunub.

“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın yeni sayı akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası” məqaləsi ilə açılır. Məqalə Rəsul Rzanın 110 illiyinə ithaf edilib.

Jurnalın baş redaktor müavinləri akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Maral Poladova, məsul katibi Həlimə Mehdiyevadır.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mətbuat tarixi və publisistika”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

# 3191 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər