"Bir başqa yaz" filmi təqdim olunacaq

"Bir başqa yaz" filmi təqdim olunacaq
19 mart 2021
# 18:19

Azərbaycan Televiziyası Novruz bayramı günlərində yeni sənədli filmin təqdimatını edəcək.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin Kulis.az-a verdiyi məlumata görə, “Bir başqa yaz” adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.

Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə - Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.

“Bir başqa yaz” sənədli filmində müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəhrəmanların həyatı əks olunub. Onlar Vətən müharibəsindən əvvəlki və 4 ay sonrakı həyatını danışır.

Onlardan bəziləri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evsiz qalıb, Prezident İlham Əliyevin sərəncamları ilə onlar üçün evlər tikilib. Filmin qəhrəmanları bu Novruz bayramını yeni evlərində, güllə səsi olmadan qeyd etdikləri üçün sevinclərini dilə gətiriblər.

Qəhrəmanlardan biri bu bayramın düşərli olduğunu deyir: “Güllə atılanda bilmirdik haraya qaçaq. Bayram süfrəmiz ortada bəzəkli, bişirdiyimiz stolda qalırdı”.

Sənədli filmdə Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı görüşdüyü şəhər sakini Maya Səfərova da fikirlərini bölüşüb.

Azərbaycan Televiziyasının təqdim etdiyi “Bir başqa yaz” sənədli filmi həm də Novruz bayramını, elimizin bu bayramla bağlı adət-ənənəsini tamaşaçıya çatdıracaq.

Ekran əsəri martın 20-də yayımlanacaq.

# 3176 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər