"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar
28 sentyabr 2026
# 14:30

Bu gün tanınmış ABŞ yazıçısı, şair Herman Melvillin anım günüdür.

Kulis.az onun məşhur "Mobi Dik" əsərindən müəyyən sitatları təqdim edir.

Mən heç nəyin tam olacağına söz vermirəm, çünki tam olduğu güman edilən hər hansı bir insan əməyi məhz elə bu səbəbdən qüsursuz ola bilməz.

***

Bu, sadəcə, onun xarici görünüşüdür; insan hər cür dəm-dəstgahın altında belə vicdanlı ola bilər.

***

Ruhlarımız o yetimlərə bənzəyir ki, onların nikahsız anaları onları dünyaya gətirərkən ölürlər: atamızın kimliyinin sirri onların məzarındadır və biz bunu öyrənmək üçün ora getməliyik.

***

Çünki heç bir insan gözləri yumulu olmasa, öz kimliyini tam şəkildə dərk edə bilməz; sanki qaranlıq mahiyyətimizin əsl ünsürüdür, nəinki gildən yaranmış tərəfimizə daha çox uyğun gələn işıq.

***

Əsl güc gözəlliyi və ya harmoniyanı heç vaxt zədələmir, əksər hallarda ona əlavə dəyər qatır; təsirli dərəcədə gözəl olan hər bir şeydə gücün sehrli bir rolu var.

***

Ödəniş etmək ilə ödəniş almaq arasında dünyalar qədər fərq var.

***

O düşündü ki, bütün meridianlarda dünya şər yuvasıdır; mən bütpərəst kimi öləcəyəm.

***

Niyə qədim perslər dənizi müqəddəs sayırdılar? Niyə yunanlar ona ayrı bir tanrı verdilər və Zevsin doğma qardaşı hesab etdilər? Əlbəttə ki, bütün bunlar mənasız deyil.

***

Hər şeydən çox məni dəhşətə gətirən balinanın ağlığı idi.

***

"Düşünmə!" – bu, mənim on birinci əmrimdir; bacaranda yat – bu da on ikinci əmrimdir.

***

Cəhalət qorxunun anasıdır.

***

Gələcəkdə nə olacağını bilmirəm, amma nə olursa-olsun, ora gülərək gedəcəyəm.

***

Heç bir xəritədə qeyd olunmayıb; əsl yerlər heç vaxt xəritədə olmur.

***

Tamamilə qorxmaz insan qorxaq yoldaşdan qat-qat təhlükəlidir.

***

Bütün vasitələrim sağlamdır, lakin motivim və məqsədim dəlidir.

**

İnsan dəliliyi çox vaxt hiyləgər və pişiyəbənzər bir şeydir. Öhdəsindən gəldiyini düşündüyün an, o, sadəcə olaraq başqa, daha incə bir formaya bürünə bilər.

***

Kədərlə yoğrulmuş bir müdriklik də var, lakin elə bir kədər də var ki, o, birbaşa dəlilikdir.

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər