“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu
28 sentyabr 2026
# 13:47

27 sentyabr Anım Günü Akademik Millli Dram Teatrında qeyd olunub.

Kulis.az xəbər verir ki, Anım Günü münasibətilə Vətən müharibəsinə həsr olunan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən 2020-ci ildə çəkilmiş “Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olunub.

Filmdə Vətən müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, Azərbaycan Respublikasının Xalq artisti Əli Nur, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova və Akademik Milli Dram Teatrında çalışan müharibə iştirakçıları – Tərlan Əsgərli, Ruslan Kərimov, Fuad Cəbrayılov və Rüfət Cabbarov cəbhədə şahidi olduqları hadisələrdən, keçdikləri döyüş yolundan və müharibə təəssüratlarından bəhs edirlər.

Film nümayişinin ardınca nümayiş etdirilən Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı əsasında hazırlanmış eyniadlı tamaşa Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

# 104 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər