Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra
4 noyabr 2026
# 15:30

ABŞ-nin məşhur "My Chemical Romance" rok qrupunun 2006-cı ildə yayımlanan "The Black Parade" albomu ilk dəfə "Billboard 200" siyahısının zirvəsinə yüksəlib.

Kulis.az xəbər verir ki, albom işıq üzü gördükdən 20 il sonra bu tarixi uğuru qazanıb.

Bu proyekt 2006-cı ildə təqdim olunarkən "Hannah Montana" saundtreki ilə rəqabətdə 240 min nüsxə sataraq ikinci pillədə qərarlaşmışdı.

İllər sonra təqdim olunan 20 fərqli fiziki formatlı xüsusi nəşr sayəsində albomun satışı bir həftədə 653% artaraq onu zirvəyə daşıyıb.

Qeyd edək ki, bu nəticə ilə "The Black Parade" "Billboard 200" tarixində çıxışından uzun müddət sonra 1-ci yerə yüksələn albom olub.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər