Məşhur gənclik serialı ekranlara qayıdacaq

Məşhur gənclik serialı ekranlara qayıdacaq
22 oktyabr 2026
# 16:00

Bir dövrə damğasını vuran məşhur gənclik və musiqili dram serialı "Glee" yeni mövsümü ilə rəqəmsal platformalarda izləyicilərin görüşünə gəlməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, "Disney+" və "Hulu" platformaları layihəyə rəsmi olaraq razılıq verdiklərini və yeni serial sifariş etdiklərini elan ediblər.

Serialın yaradıcılarından olan Rayan Mörfi orijinal layihənin digər ssenaristləri Bred Falçak və İan Brennan ilə birlikdə yeni senarini tamamladıqlarını deyib.

Mörfi keçmiş aktyor heyətindən təxminən 10 nəfərlə əlaqə saxladığını və onların bu fikrə çox həvəslə yanaşdıqlarını qeyd edib.

2009–2015-ci illərdə yayımlanan və həftəlik 13 milyon izləyici auditoriyasına çatan "Glee" Ohayo ştatındakı Uilyam MakKinli liseyinin xor dərnəyinin macəralarından bəhs edirdi.

Qeyd edək ki, Lea Mişel, Kris Kolfer, Ceyn Linç kimi ulduzları tanıdan serialın yeni versiyasının nümayiş tarixi hələ ki açıqlanmayıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər