Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq
22 oktyabr 2026
# 17:00

Televiziya tarixinin əfsanəvi təbiət mövzulu sənədli serialı "Blue Planet" ("Mavi planet") uzun fasilədən sonra üçüncü mövsümü ilə ekranlara qayıdır.

Kulis.az xəbər verir ki, məşhur təbiətşünas Ser Devid Attenboro tərəfindən səsləndirilən altı bölümlük yeni serialın rəsmi treyleri yayımlanıb.

Çəkilişləri dörd il davam edən layihədə sualtı dronlar, uzaq məsafədən lentəalma imkanına malik kameralar və "mini dome" (tavan və ya divara quraşdırılan, kiçik və yığcam ölçülü kamera) sistemlərindən istifadə olunub.

2017-ci ildə yayımlanan "Blue Planet II" daha çox okeanlardakı təhlükələrə diqqət çəkirdisə, "Blue Planet III" canlıların dəyişən iqlim şəraitinə uyğunlaşma qabiliyyətini və dənizlərin bərpa olunma gücünü ön plana çıxarır.

Serialın bölümləri aşağıdakı mövzuları əhatə edir:

"Tropik Dənizlər"

"Açıq Okean"

"Mövsümi Dənizlər"

"Qütb Suları"

"Dərinliklər"

"Gələcəyin Dənizləri" (Final bölümü)

"BBC Natural History Unit" tərəfindən ərsəyə gətirilən layihənin musiqiləri məşhur bəstəkarlar Hans Zimmer, Tom Lukas və Laurentia Editha tərəfindən bəstələnib.

Qeyd edək ki, "Blue Planet III" serialı 1 noyabr 2026-cı il tarixindən etibarən "BBC iPlayer" və qlobal rəqəmsal platformalarda eyni vaxtda nümayiş olunacaq.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər