Məşhur filosof vəfat etdi

Məşhur filosof vəfat etdi
3 oktyabr 2026
# 10:40

Türkiyə Fəlsəfə Cəmiyyətinin və Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının fəxri sədri, görkəmli mütəfəkkir professor İoanna Kuçuradi 89 yaşında müalicə aldığı Maltepe Universitetinin Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, mütəfəkkirin cənazəsi oktyabrın 4-də təşkil olunacaq vida mərasimindən sonra Şişli Rum Ortodoks Qəbiristanlığında torpağa tapşırılacaq.

1936-cı ildə İstanbulda anadan olan Kuçuradi Hacettepe Universitetinin Fəlsəfə fakültəsinin təsisçisi kimi uzun illər insan hüquqları, etik dəyərlər və fəlsəfə sahəsində fundamental araşdırmalar aparıb.

Qeyd edək ki, "İnsan və dəyərləri", "Etika", "Nitsşe və insan" kimi dəyərli əsərlərin müəllifi olan filosof "Göte medalı" və bir çox beynəlxalq mükafatlara layiq görülmüşdü.

# 52 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər