Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi
29 oktyabr 2026
# 16:00

"ER" serialında Doktor Cohn Karter və "HBO Max"in "The Pitt" dramında Doktor Maykl Robinaviç rolları ilə tanınan 55 yaşlı aktyor, rejissor və prodüser Noa Uayli "People" jurnalı tərəfindən 2026-cı ilin "Yaşayan ən seksual kişisi" elan olunub.

Kulis.az xəbər verir ki, sənətçi müsahibəsində bu xəbəri ilk eşitdikdə zarafat olduğunu düşündüyünü deyib.

Uayli bu titulu keçən ilki qalib, "Wicked" və "Jurassic World Rebirth" layihələrinin ulduzu Conatan Beylidən təhvil alıb.

Qeyd edək ki, aktyor "The Pitt" serialındakı performansına görə bu il "Ən yaxşı aktyor" nominasiyası üzrə Qızıl Qlobus və iki dəfə "Emmy" mükafatına layiq görülüb.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər