Polşa rejissoru Paveł Pavlikovski yenə tarixin içindən insanın facıəsini göstərir.
Kulis.az xəbər verir ki, “Soyuq müharibə” filmi ilə dünya kinosunda böyük rəğbət qazanan rejissorun yeni işi “Fatherland” kinoteatrlarda nümayişə hazırlaşır.
Film Nobel mükafatlı alman yazıçı Tomas Mann və onun qızı Erika Mannın müharibədən sonrakı Almaniyadakı həyatına nəzər salır.
Tomas Mannı Hanns Zixler, Erika Mannı isə Sandra Hüller canlandırır. Təxminən 82 dəqiqəlik ekran əsəri tarixi hadisələrdən daha çox ailə münasibətləri, sürgün, mənsubiyyət və müharibədən sonrakı mənəvi vəziyyət üzərində dayanır.
Pavlikovskinin əvvəlki filmləri kimi bu ekran əsəri də müəllif kinosu həvəskarlarının maraq dairəsindədir.