Türkiyənin məşhur "Manifest" musiqi qrupunun meneceri və prodüseri Tolqa Akış haqqında aparılan məhkəmə araşdırması yekunlaşıb.
Kulis.az xəbər verir ki, avqust ayında saxlanılan Akış üçün "qeyri-əxlaqilik" ittihamı ilə 6 aydan 3 ilə qədər həbs cəzası tələb edilir.
İttihamnamədə Akışın təkcə menecer kimi deyil, qrupun konseptini, geyim və xoreoqrafiyalarını, eləcə də kommersiya strategiyasını müəyyənləşdirən əsas şəxs olduğu vurğulanıb.
Prokurorluq həmin nümayiş və görüntülərin cəmiyyətin ümumi əxlaq dəyərlərinə və xüsusilə uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyini bildirib.
Xatırladaq ki, ötən il Beşiktaşda verdikləri konsertə görə qrupun üzvlərinə "cəmiyyət əxlaqına zidd hərəkətlər nümayiş etdirmək" ittihamı ilə 3 ay 22 gün həbs cəzası verilmiş, hökmün açıqlanması təxirə salınmışdı.