Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi
27 oktyabr 2026
# 16:35

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrın əməkdaşı Aynurə Əkbərova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, şikayət Abşeron rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi barədə qərar verib.

Qərara əsasən, Aynurə Əkbərova təqsirləndirilən şəxs qismində cəlb olunub.

İttihama əsasən, teatrın menecer və layihə rəhbəri vəzifəsində çalışan Aynurə Əkbərova direktor Rəşad Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yayıb.

O, Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər