Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib
27 oktyabr 2026
# 17:00

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə ömürlük həbs olunan qızı Tuğyan Ülkem Gülterlə bağlı yeni iddialar yaranıb.

Kulis.az xəbər verir ki, Tuğyanın tibb bacısı işlədiyi xəstəxanada pasiyentlərlə pis rəftar etdiyi iddia olunub.

Onun barəsində araşdırma başladıldığı bildirilib.

Belə ki, onun gecə səs-küy salan pasiyentlərə yatmaları üçün iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək masajı etməyi öyrətdiyi deyilib.

Bundan başqa, reanimasiyada vəfat edən bəzi pasiyentlərin ölüm saatlarının fərqli göstərildiyi, Tuğyanın isə xəstələrə ürək masajı edirmiş kimi davranaraq onlarla lağ etdiyi irəli sürülüb.

Səsləndirilən iddialarla bağlı hələlik rəsmi yekun açıqlama verilməyib.

İddiaların doğruluğu araşdırmanın nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Tuğyan Ülkem Gülter oktyabrın 9-da anasını qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun cəzasında yüngülləşdirici hal tətbiq etməyib və həbsdə saxlanılmasına qərar verib.

Tuğyanın vəkili Merve Uçanok isə qərarın əsasən bir şahidin ifadəsinə söykəndiyini bildirərək hökmdən şikayət verəcəklərini açıqlayıb.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər