"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq
5 noyabr 2026
# 12:30

"Disney" ən sevilən Milad filmlərindən olan "Evdə tək" seriyasını animasiya formatında yayımlayacaq.

Kulis.az xəbər verir ki, Mikki Maus və iti Plutonun əsas personajlar olduğu "Mickey's Home Alone" adlı xüsusi animasiya filmi noyabrın sonunda tamaşaçılara təqdim olunacaq.

Sujetə əsasən, Minni bütün dostlarına buz sarayında Milad tətilinə bilet sürprizi edir. Lakin tələsik evdən çıxarkən Mikki və Plutonu evdə unudulurlar.

Onlar Milad yeməklərini ələ keçirməyə çalışan yaramaz yot və gəlinciklərdən ibarət gözlənilməz qonaqlara qarşı evlərini qorumaq üçün hərəkətə keçirlər.

Qeyd edək ki, animasiya layihəsi noyabrın 26-da "Disney Jr." kanalında, ertəsi gün isə "Disney+" rəqəmsal platformasında yayımlanacaq.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər