"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir
5 noyabr 2026
# 13:30

XIX əsrin sonlarında Fransanı parçalayan Dreyfus işi bu dəfə Londonun Holokost arxivində açılan sərgi ilə yenidən gündəmə gətirilir.

Kulis.az xəbər verir ki, Vayner Holokost Kitabxanası Alfred Dreyfus ətrafında baş vermiş hadisələrə həsr olunan xüsusi ekspozisiya hazırlayıb.

Kitabxananın kuratorları həmin hadisələri antisemitizmin kütləvi informasiya vasitələri vasitəsilə yayılmasının erkən və təsirli nümunələrindən biri kimi qiymətləndirirlər.

1894-cü ildə Fransa ordusunun yəhudi əsilli kapitanı Alfred Dreyfus dövlətə xəyanətdə ittiham edilərək məhkum olunmuşdu. Sonradan ittihamın əsassız olduğu üzə çıxsa da, bu hadisə ölkədə dərin siyasi və ictimai qarşıdurma yaratmışdı. Dreyfus tərəfdarları və əleyhdarları arasında gedən mübarizə qəzetlərə, plakatlara, xüsusi nəşrlərə və siyasi karikaturalara qədər yayılmışdı.

Sərgidə həmin dövrə aid təxminən 40 eksponat nümayiş etdirilir. Onların arasında Dreyfusun hərbi geyimdə arxiv fotosu, qəzet materialları, plakatlar və dövrün siyasi mübarizəsini əks etdirən sənədlər var. Ən diqqətçəkən materiallardan biri yazıçı Emil Zolyanın 1898-ci ildə dərc olunmuş məşhur “J’accuse” – “Mən ittiham edirəm” məktubudur.

Kitabxananın nümayəndələri hesab edirlər ki, Dreyfus hadisəsi bu gün də aktualdır. Çünki həmin dövrdə mətbuat vasitəsilə yayılan yalan məlumatlar, ictimai qütbləşmə və antisemit təbliğat müasir informasiya məkanındakı nifrət kampaniyaları ilə müəyyən oxşarlıqlar daşıyır. Sərgi tarixi hadisəni yalnız arxiv materialları ilə deyil, bugünkü cəmiyyət üçün daşıdığı mənalarla da təqdim etməyə çalışır.

# 197 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər