Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu

Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu
8 oktyabr 2026
# 14:30

Fransanın Strasburq şəhərində yerləşən Avropa Parlament binasında Donald Trampı tamamilə çılpaq və kiçik bir adamın çiyinlərini əzən vəziyyətdə təsvir edən qızıl heykel qoyulub.

Kulis.az xəbər verir ki, danimarkalı rəssam Yens Qalsşiot tərəfindən hazırlanan 2.6 metrlik əsər "Narıncı vəba" adlanır.

23 əyar qızıl ilə örtülmüş heykəldə Tramp bir əlində böyük qolf çubuğu, digərində isə tərəzi tutmuş halda təsvir olunub.

Rəssamın sözlərinə görə, Hans Xristian Andersenin "Kralın təzə libası" nağılından ilhamlanan bu satirik iş ABŞ-nin gözlənilməz iqlim və xarici siyasətinə qarşı etirazdır.

Ziyarətçilərə heykelin 3D printerdə hazırlanmış kiçik fiqurları paylanılıb.

Qeyd edək ki, əsərin növbəti dayanacağının Türkiyədə keçiriləcək BMT-nin İqlim Konfransı olacağı bildirilir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər