2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu
24 oktyabr 2026
# 10:30

“Science of Scare” layihəsinin araşdırmaçıları 2026-cı ilin ən qorxulu filmini açıqlayıblar.

Kulis.az xəbər verir ki, siyahıya “Half Tone” filmi başçılıq edir.

Film kino tarixindəki ən qorxulu ekran işlərinin yer aldığı reytinqdə 33-cü sırada qərarlaşıb.

2026-cı ildə ekranlaşdırılan “Obsession” filmi 35-ci, “Insidious 6: They Are Already Here” 41-ci, “Hokum” 43-cü, “Backrooms” isə 47-ci yerdə qərarlaşıb.

Ən qorxulu filmlər siyahısında liderlik dördüncü ildir ki, “Sinister”ə məxsusdur.

İlk üçlükdə “Insidious: The Online” və “Skinamarink” filmləri yer alıb.

İlk onluğa “Insidious”, “The Conjuring”, “Hereditary”, “Smile 2”, “Smile”, “The Exorcism of Emily Rose” və “Talk to Me” adlı ekran işləri də daxil edilib.

Qeyd edək ki, araşdırmaya əsasən, bu filmlərə baxan tamaşaçılarda nəbz və ürək ritminin dəyişkənliyi göstəriciləri daha yüksək olur.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər