Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı
20 oktyabr 2026
# 10:20

"Netflix" ənənəvi yayım modelindən kənara çıxaraq böyük büdcəli fantastik filmini əvvəlcə geniş kinoteatr nümayişinə çıxarmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, Qreta Qerviqin çəkdiyi "Narniya: Sehrbazın qardaşı oğlu" filminin büdcəsi 280 milyon dollar olaraq açıqlanıb. Layihənin ilk görüntüləri təqdim edilib və ekran əsərinin 2027-ci ildə tamaşaçılarla görüşəcəyi bildirilib.

C. S. Lyuisin 1955-ci ildə nəşr olunan romanı Narniya aləminin yaranmasından bəhs edir. Hadisələr 1900-cü illərin Londonunda yaşayan iki uşağın sehrli bir üzük vasitəsilə başqa dünyaya keçməsi ilə başlayır.

Filmin 12 fevral 2027-ci ildə kinoteatrlarda, aprelin 2-də isə Netflix platformasında yayımlanması planlaşdırılır. Aslan obrazını Meril Strip səsləndirir. Layihə həm büdcəsi, həm də "Netflix"in kinoteatrlara verdiyi dəyərlə diqqət çəkir.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər