Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək
29 may 2026
# 11:05

2005-ci ildə cəmi 33 yaşında ikən vəfat edən məşhur türk musiqiçi Kazım Koyuncunun həyatı ekranlaşdırılır.

Kulis.az xəbər verir ki, sənətçinin həyatından bəhs edəcək yeni bioqrafik filmin hazırlıqlarına artıq başlanılıb.
​

​"Kazım" adlanacaq ekran işində sənətçini Cem Yiğit Üzümoğlu canlandıracaq. Aktyorun Koyuncuya tam bənzəməsini üçün xüsusi makiyaj texnikasından istifadə olunacaq.

​Bununla yanaşı, aktyor bir müddətdir ki, rola daha yaxşı hazırlaşmaq üçün Uğur Baburhandan vokal dərsləri alır.

​Böyük maraqla gözlənilən layihənin rejissoru Özcan Alper olacaq. Filmin ssenarisini isə Murat Uyurkulak, Erman Bostan və Özcan Alper birlikdə qələmə alıblar.
​

Məlumata görə, filmin çəkilişlərinə elə bu yay start verilməsi planlaşdırılır.

# 803 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər