“Əli və Nino”nun premyerası olacaq

“Əli və Nino”nun premyerası olacaq
9 dekabr 2015
# 11:26

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik dram janrında çəkilmiş eyniadlı ekran əsərinin premyera günü məlum olub.

Buro247.az saytının məlumatına görə, film ilk dəfə 2016-cı ilin yanvar ayında ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq. Festival 21-31 yanvar tarixlərində Yuta ştatının Park-Siti şəhərində baş tutacaq. "Əli və Nino" filmindən əlavə, festival çərçivəsində 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. "Sundance" festivalının təşkilatçısı 1981-ci ildə aktyor Robert Redford tərəfindən təsis olunan Sandens İnstitutudur. Bu institut qeyri-kommersiya qurumu kimi bütün dünyadan olan müstəqil kino və teatr xadimlərinin inkişafı, eləcə də tanıdılması ilə məşğuldur.

Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən ekranlaşdırılan "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar kimi aktyorlar çəkiliblər.

"Əli və Nino" - inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.

buro247.az

# 2042 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər