“Mən qadınam” müsabiqəsinə qəbul müddəti yekunlaşdı

“Mən qadınam”  müsabiqəsinə qəbul müddəti yekunlaşdı
1 may 2025
# 16:18

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinə qəbul müddəti yekunlaşıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il, dekabrın 14-də elan etdiyi “Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinə ssenarilərin qəbulu dayandırılıb. 1 may tarixindən sonra göndərilən ssenarilər müsabiqəyə buraxılmır.

Öncə ssenarilərin qəbulu üçün son gün 2025-ci il 15 aprel tarixi müəyyən olunsa da, müraciətlərin axınını nəzərə alaraq, sonradan bu tarixi aprelin 30-na qədər uzatmaq qərarı verilib.

Bu müddət ərzində [email protected] elektron ünvanına 96 adda ssenari daxil olub. Öncə qeyd edildiyi kimi, qaliblərin adı 2 avqust 2025-ci il Milli Kino Günündə açıqlanacaq.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Müsaqbiqə iştirakçılarının hər birinə təşəkkür edir və uğurlar arzulayırıq!

# 1456 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər