Azərbaycanın tanınmış stilisti Samiraldo (Samir Əliyev) həyatından bəhs edən “Samir” kitabının müəllifi Əhməd Şahidovu məhkəməyə verir. Stilist ANS PRESS-ə açıqlamasında müəllifin cəzalandırılmasını və kitabın satışdan yığışdırılmasını tələb edəcəyini bildirib: “Mən buna məcburam. Kitab konkret mənə həsr edilib, mənim həyatımdan yazılıb. Hər halda ictimaiyyətə belə təqdim edilib. Bu üzdən də kitabın içindəki etik normaları aşan ifadələrin işlənməsi, həqiqətə uyğun olmayan və məni alçaldan qondarma faktlar üzündən Əhməd Şahidovu məhkəməyə verirəm. Artıq vəkilim məhkəməyə təqdim etmək üçün iddia ərizəsini hazırlayır. Bunu etməyə bilməzdim”.
Samiraldo kitabda etik qaydaların kobudcasına pozulduğunu deyir: “Məni tanıyan mötəbər, hörmətli insanlar bu kitabı oxumaq üçün məndən istəyirlər. Utanıram, heç kimə verə bilmirəm kitabı... Ayıb olar, onlara qarşı hörmətsizlik olar bu kitabı versəm. Mən başa düşə bilmirəm, cinsiyyət orqanının adını yazmağa axı nə ehtiyac var idi? Yəqin Əhməd Şahidov düşünüb ki, bu ifadəni işlətməklə kitabı oxunaqlı edib. Biabırçılıqdır! Kitabda mənim şəxsiyyətimi alçaldan, ləkələyən, şər və böhtandan ibarət hissələr çoxluq təşkil edir. “Samir” kitabında reallıqdan uzaq çox şeylər var.
Guya mən Samir Bağırovun bağ evində öz həmcinsimlə cinsi əlaqəyə girmək istəmişəm və ... Ağ yalandır! Əvvəla Samir Bağırovun ömründə bağ evi olmayıb. İkincisi də mən indiyə qədər kişi ilə cinsi əlaqədə olmamışam və buna heç vaxt cəhd etməmişəm. Bütün bunlar Əhməd Şahidovun fantaziyalardır. O, haqqımda kitab yazmaqla özünü məşhur etmək istəyib. Bunları yazmaqla kitabın daha çox satılmasına nail olmaq istəyib. Amma məni düşünməyib. Mənim adımı batırmaqla özünə şan-şöhrət qazanmaq istəyib.
Xatırladaq ki, yazıçı Əhməd Şahidov özü də romanının müasir ədəbi aləmdə "bomba" effekti verəcəyini demişdi. Ölkənin ən tanınmış stilistlərin sayılan, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan Samiraldonun həyatından bəhs edəcək roman Azərbaycanda bu janrda qələmə alınmış ilk əsərdir. Romanda Samiraldonun həyatı, uşaqlıq illəri, yetimçiliklə boya-başa çatması və bugün tutduğu mövqe ədəbi dildə işıqlandırılıb.
"Samir" kitabının müəllifi məhkəməyə verilir QALMAQAL
Oxşar xəbərlər
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?
17:00
25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya
13:00
24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında
12:00
24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında
13:25
23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?
12:00
23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?
10:00
22 sentyabr 2026